Təcili yardım maşınlarını oğurladılar: İŞİD yeni terror planı ilə heyrətləndirdi - FOTO

16:27 - 3 May 2017 - Xəbər

İŞİD-in oğurladığı təcili yardım maşınlarından "intihar qayıqları" hazırladığı üzə çıxıb. İraqın ən böyük ikinci şəhəri olan Mosulda terror reallaşdıracaq İŞİD-çilər üçün bombalı gəmilər hazırlayan bir fabrik aşkar edilib. İŞİD-in bu "ölüm qayıqları"nı keçən ayın əvvəllərində Mosulun qərbinin yarısını azad etməyi bacaran İraq qüvvələrini və dinc sakinləri məhv etmək üçün hazırladığı məlum olub. Sözügedən fabrikdə oğurlanmış təcili yardım maşınları qayığa çevrilir. Qayıqlara yüklənən bombalarla çaylardan "hücumlar" planlaşdırılır. Qayıqların hazırlanmasında təcili yardım maşınlarında mövcud olan su keçirməyən detallardan istifadə edilir.(milli.az)


Xəbər xətti