ABŞ-da baş vermiş təyyarə qəzasının görüntüsü yayılıb - VİDEO

15:27 - 3 May 2017 - HADİSƏ

ABŞ-ın Vaşinqton ştatında yerləşən Mekilteo şəhərində kiçik təyyarə qəzaya uğrayıb. Təyyarənin yerə düşmə anı avtomobil kamerası tərəfindən qeydə alınıb. Videoda görünür ki, müvazinətini itirmiş təkmühərrikli "Piper PA-32" təyyarəsi elektrik dirəyinə dəyərək naqillərini qırır, yanacaq çəni deşildiyi üçün alışmış yanacaq aşağıda dayanmış avtomobilin üzərinə tökülür. İlkin məlumaat əsasən, təyyarə Peyne Fild hava limanından qalxdıqdan dərhal sonra mühərriki sıradan çıxıb. Pilot daha əlverişli hesab etdiyi meydançaya eniş etmək istəyib, lakin təyyarə artıq yerə yaxınlaşdığı üçün təhlükəsiz eniş etmək mümkün olmayıb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.(salamnews)

 

Xəbər xətti