ABŞ-ın birinci xanımı Melaniya Tramp ölkə mediasının diqqət mərkəzində düşüb. Melaniya Trampın həyat yoldaşı, prezident Donald Trampla boşandığına dair xəbərlər yayılıb. Məlumata görə, keçmiş supermodel əri ilə Ağ Evdə yaşamaqdan imtina edib. New York Post yazır ki, boşanma ilə bağlı xəbərlərin yayılmasına səbəb Melaniya Trampın özüdür. Belə ki, Nyu-Yorkdan olan marketoloq və prodüser Endi Ostroy sosial şəbəkədə yazıb ki, Tramp ailəsində ayrılıqların olmasına dair yeni faktlar əldə edib. “Deyəsən, Donald Trampın tikə biləcəyi yeganə divar özü ilə Melaniya Tramp arasındakı divar olacaq”, - deyə marketoloq yazıb. Xanım Tramp isə bu şərhi bəyənib. Onun pərəstişkarları isə təəccübləniblər ki, birinci xanım bu şərhi niyə bəyənib. (istipress)