Nyu Yorkda "Met Gala" kostyumlarının nümayişinin keçirildiyi Metropoliten muzeyində çılpaq rəssam həbs olunub. Rusiyalı rəssam Fyodor Pavlov Andreyeviç tədbirə çılpaq halda qatılıb. Xəbərdə deyilir ki, 41 yaşlı rəssamı tədbirə şəffaf qutuda gətiriblər. Qutunu isə tədbirin keçirildiyi məkanda yerləşdiriblər. Əraziyə nəzarət edən polis Pavlovdan qutudan çıxmağı tələb edib. O isə tələbi yerinə yetirməyib. Nəticədə qutunu yanğınsöndürmə xidmətinin əməkdaşları açıb. Rəssam isə həbs edilib. O, ictimai asayişi pozma maddəsi ilə ittiham olunur. Qeyd edək ki, rəssam indiyədək 5 dəfə bu aksiyanı təkrar edib.(istipress)