Bu gün Dağıstanda baş verən zəlzələ Azərbaycanda hiss edilib. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla 12:53:43-də Zaqataladan 36 km şimal - şərqdə Dağıstan ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 5,2, dərinliyi 42 km olub. Zəlzələ Zaqatalada 4 bal, yaxın rayonlarda 3 bala qədər hiss olunub.