Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılır - AÇIQLAMA

12:06 - 3 May 2017 - Xəbər

Mayın 8-də "10-cu zavod dairəsi"ndən Heydər Əliyev prospekti ilə aeroport istiqamətində metronun "Koroğlu" stansiyasından keçməklə Sabunçu dairəsinə qədər yolun hər iki istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Ucnoqta.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.
V. Əsədov deyib ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar həmin gün təlim-məşqlərə start veriləcək: “Bu yollarda məhdudiyyət həmin gün günorta saatlarından axşama saatlarına qədər davam edəcək”.

Xəbər xətti