Melonun yumruğu cəzasız qalmadı

13:15 - 2 May 2017 - İDMAN

"Palmeiras" klubunun futbolçusu Felipe Melo Braziliya Futbol Federasiyası tərəfindən cəzalandırılıb. Libertadores Kubokunun qrup mərhələsində "Penyarol"la keçirilən oyunun sonlarında yaranan qalmaqalda rəqibinə yumruq vuran 33 yaşlı yarımmüdafiəçiyə 3 oyunluq cəzalanıb. Melo ilə yanaşı, davada iştirak edən "Penyarol"un futbolçuları - Nahitan Nandez, Matyas Miyer və Lukas Hernandez də eyni cəzaya məruz qalıb.(goal.az)

Xəbər xətti