Bu gün Yaponiyanın Yokohama şəhərində dünya beyin mərkəzlərinin sammiti öz işinə başlayıb. Sammittdə dünyanın aparıcı beyin mərkəzlərinin iştirak edir. Sammitə qatılan İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib ki, tədbirdə dünyanı narahat edən əksər qlobal və regional məsələlər müzakirə ediləcək. Azərbaycanlı alim bildirib ki, tədbirdə dünyanın aparıcı beyin mərkəzləri ilə yanaşı həmçinin bir sıra aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri və eləcə də inkişaf etmiş ölkələrin nümayəndələri iştirak edirlər. Vüqar Bayramov bildirib ki, sammitdə müzakirə edilən məsələlər ətrafındakı “beyin fırtınası” inkişaf etmiş dövlətlərin və eləcə beynəlxalq qurumların rəhbərlərinə konkret təkliflərin təqdim edilməsinə imkan verir. Qeyd edək ki, CESD son 6 ildə ardıcıl olaraq dünya qiymətləndirilməsində Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçilir. CESD-i məşhur Harvard Universitetinin internet səhifəsinə və bu universitetin beyin mərkəzləri katoluquna regiondan daxil edilən ilk mərkəzdir.(musavat.com)