Dünyanın ən gənc baş nazirlərindən biri yenə geyimi ilə bütün diqqəti üzərinə toplaya bilib. Söhbət Kanadanın baş naziri Castin Trudondan gedir. Onun rəngli çorabları qatıldığı tədbirə damğa vurub. Baş nazir ölkəsində siqh inancına sahib insanların Khalsa Günü tədbirlərinə qatılıb. O, mərasim keçirilən yerə ayaqqabılarını çıxararaq daxil olub. Bu zaman bütün diqqət klassik geyimdə olan nazirin rəngli və bəzəkli corablarına yönəlib. Nazirin ayaqlarında mavi və üzəri rəngli romblarla bəzədilən geyim olub. Torontoda keçirilən tədbirdə baş nazirə qılınc hədiyyə edilib.(istipress)