Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda birinci yeri İtaliya yığması tutdu

16:35 - 30 Aprel 2017 - İDMAN

İtaliyanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda halqa ilə çıxışların yekunu üzrə birinci yeri tutublar. Trend-in məlumatına görə, italyan gimnastlar finalda 18.700 bal toplayıblar.
Gümüş medala Belarus (18.700 bal), bürünc medala isə Bolqarıstan (18.650) komandası sahib çıxıb.
Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.
Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Xəbər xətti