“Hörmətli QHT rəhbərləri ! Prezident yanında QHT -lərə Dövlət Dəstəyi Şurası tərəfindən qrant vəsaiti olaraq Sizə ayrılmış 15 min manatadək olan vəsaitləri gələn həftədən etibarən nağd şəkildə banklardan götürə biləcəksiniz və layihələrinizin icrasına başlaya bilərsiniz”.
Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov açıqlama yayıb.
Bununla bağlı daha ətraflı şəkildə KİV -ə məlumat veriləcək.
Qeyd edək ki, bu gün QHT-lərə Dövlət Dəstəyi Şurasında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı, Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, media rəhbərlərinin və QHT sədrlərinin iştirakı ilə görüşü keçirilib.
Görüşdə son zamanlar QHT-lərin hesablarına daxil olan vesaitlərdən nəğd istifadə sahəsində yaranmış problemlərin muzakirəsi aparılıb.