Azərbaycan XİN Zaxarovaya cavab verdi
Azərbaycanın Xarici işlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ötən gün keçirdiyi brifinqdə azərbaycanlı jurnalistləri təhqir etməsinə münasibət bildirib. Bu barədə Ucnoqta.az-a XİN-nin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir: "Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlaşıqla qəbul etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür".