Sabunçuda 2 otaqlı mənzil yanıb
09:04 - 28 Aprel 2017 - HADİSƏ
Sabunçu rayonunda mənzil yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 360 m2 olan ikimərtəbəli 11 mənzildən ibarət binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları, 1-ci mərtəbədə digər vətəndaşa məxsus ümumi sahəsi 54 m2 olan 3 otaqlı mənzildə 1 ədəd kondisioner yanıb və yüksək temperaturdan 1 ədəd plastik qapı əriyib.
Qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.