Amerikanın Çikaqo şəhərində Vatkin cütlüyü 69 il birgə ömür sürdükdən sonra 40 dəqiqə fərq ilə eyni gündə dünyadan köçüblər. Oxu.Az xəbər verir ki, bu barədə “Assoşieyted Press” məlumat yayıb. Tereza Vatkin şənbə günü yerli vaxtla saat 00:10-da, onun həyat yoldaşı İsaak Vatkin isə 40 dəqiqə sonra dünyasını dəyişib. Onların qızı Klara Qesklinin sözlərinə görə, qohumlar onun əl-ələ tutan valideynləri ayıranda onun atası artıq nəfəs almırdı. Onların oğlu Leo isə əlavə edib ki, atası həyat yoldaşından ayrı heç nə etmək istəmirdi. Tereza və İsaakın dəfn mərasimi bazar ertəsi baş tutub. Dəfn zamanı Klara “onların məhəbbəti o qədər güclü idi ki, onlar ayrı yaşaya bilmədilər” - deyib.