Bakıda 22 yaşlı gənc ağzından bıçaqlanıb

09:07 - 27 Aprel 2017 - HADİSƏ

Bakıda gənc oğlan ağzından bıçaqlanıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Əhmədov Tərlan Əfqan oğluna ağzının sağ nahiyəsindən bıçaqla xəsarət yetirilib. T. Əhmədov xəstəxanaya yerləşdirilib. O, polisə ilkin ifadəsində yıxıldığını, bu zaman ağzını şüşə kəsdiyini deyib. Lakin Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları T.Əhmədovun ifadəsinin yalan olduğunu üzə çıxarıblar. Məlum olub ki, 22 yaşlı gənc mübahisə zamanı bıçaq xəsarəti alıb. Hazırda ona xəsarət etmiş şəxsin kimliyi araşdırılır.

Xəbər xətti