Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1973-cü il təvəllüdlü Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Eynulla Vəliyevin icraatında olan prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə Ş.Amanova 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Ş.Amanova bir neçə şəxsdən qızına cehiz üçün mebel və geyim əşyaları alıb pulunu ödəmədiyi üçün barəsində cinayət işi açılıb və o, həbs edilib. Onun aldığı məhsulların qiyməti 10 min manatdan çox olub.(“qafqazinfo”)