Ermənistanda mason lojası yaradılır

16:37 - 25 Aprel 2017 - Xəbər

Mason lojasının böyük ustası, Fransa masonlarının böyüyü Xristof Abas müstəqil loja yaratmaq üçün Ermənistanda səfərdədir. Bu barədə Ermənistan KİV-i Abasın özünə istinadən məlumat yayıb. O bildirib ki, Fransaya gedən və fransız mason lojalarında iştirak edən erməni dostları Ermənistanda da belə bir loja yaratmaq fikrinə düşüblər. Abas bu prosesin çoxdan başladığını vurğulayıb: “Ermənistanda suveren və müstəqil loja yaradılacaq”.(“qafqazinfo”)

Xəbər xətti