Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Ermənistanda mason lojası yaradılır</b></font>

16:37 - 25 Aprel 2017 tarixində dərc olunub.

Mason lojasının böyük ustası, Fransa masonlarının böyüyü Xristof Abas müstəqil loja yaratmaq üçün Ermənistanda səfərdədir. Bu barədə Ermənistan KİV-i Abasın özünə istinadən məlumat yayıb. O bildirib ki, Fransaya gedən və fransız mason lojalarında iştirak edən erməni dostları Ermənistanda da belə bir loja yaratmaq fikrinə düşüblər. Abas bu prosesin çoxdan başladığını vurğulayıb: “Ermənistanda suveren və müstəqil loja yaradılacaq”.(“qafqazinfo”)

Müəllif: Ucnoqta.az