Bakıda mənzildə meyit tapılıb

15:07 - 21 Aprel 2017 - HADİSƏ

Yasamal rayonunda mənzildə meyit tapılıb.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1947-ci il təvəllüdlü, Ramanov Hümbət Məhəmməd oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 13:37-də başa çatıb.

Xəbər xətti