Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib. Ucnoqta.az Apa-ya istinadən xəbərinə görə, hadisə rayonunun Nizami kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Mehdiyeva Tünzalə Əhəd qızı ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Qadın xəsarətlə Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.