Dövlət Gənc Tamaşaçılar Teatrından daha bir yenilik

13:12 - 21 Aprel 2017 - Mədəniyyət

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha bir ilkə imza atıb. 1 iyun Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə 6 saylı məktəb-litseyin İB proqramı üzrə təhsil alan şagirdləri və Dövlət Gənc Tamaşaçılar Teatrının peşəkar aktyoru truppası ilə birgə yeni tamaşa hazırlayırlar.
Tamaşada əsas obrazları teatrın aktyorları Rövşən Abbasov, Rəşad Səfərov, Anar Seyfullayev, Ramil Məmmədov, Eşqin Quliyev, Elgün Yəhyayev, Elnur Hüseynov, Mirzə Ağa Mirzəyev, Simuzər Ağakişiyeva, Venera Abbasova, İlqarə Tosova, Yasəmən Məmmədova, Şəbnəm Hüseynova, Aygün Fətullayeva, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Vahid Orucoğlu, Anar Səfiyev, Ceyhun Məmmədov, Ramiq Nəsirov, Elşən Şıxəliyev, Yusif Dadaşov və 6 saylı məktəb-litseyin 5-ci sinif şagirdəri Fatimə Hüseynova, Nailə Nurəliyeva, Ayla İsmayılova, Selcan Mehdi və başqaları ifa edəcəklər.
Tamaşanın quruluşçu rejissoru Xalq Artisti, Prezident Təqaüdçüsü Ağaxan Salmanlıdır.
Yeni layihə - tamaşanın premyerası 1 iyun 2017-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutacaq.

Xəbər xətti