Şamaxıda torpaq sürüşüb

17:50 - 20 Aprel 2017 - Xəbər

Şamaxı rayonunda torpaq sürüşməsi baş verib. "Report"un xəbərinə görə, şəhərin Aşıq Məmmədağa küçəsində 2 hektar sahə sürüşməyə məruz qalıb, 7 ev təhlükə altına düşüb. Son bir həfdədə hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb. Sözü gedən ərazidə iki evin daş hasarı uçub, həyətyanı sahələrdəki yarğanlar gündən günə genişlənir.

Ev sahibləri gecəni öz evlərində keçirməyə qorxurlar. Evlərin bünövrəsi baş verən sürüşməyə tab gətirmiyərək uçur.
Evlərdəki çatlar isə artmaqdadır. Hazırda iki evin sakinləri təhlükə səbəbindən evini tərk edib. 
Hadisə ilə bağlı Şamaxı Rayon Fövqəladə Hallar Homissiyası əraziyə baxış keçirib.

Xəbər xətti