Bakıda iki nəfər güllələnib
10:47 - 20 Aprel 2017 - HADİSƏ
Bakıda silahlı insident olub.
Ucnoqta.az xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Salyan şossesində qeydə alınıb.
Naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb.
Onlar xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib.
Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.