Bakıda iki marşrutun əvvəlki xətləri bərpa olunub

10:23 - 20 Aprel 2017 - Xəbər

Paytaxtda iki marşrutun əvvəlki xətləri bərpa olunub. Ucnoqta.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanınadək olan hissəsində aparılan təmir işləri yekunlaşdığından artıq həmin yoldan keçən 6 və 65 nömrəli marşrut xətləri üzrə avtobuslar əvvəldən müəyyən edilən sxem üzrə hərəkət edirlər. Yəni təmirlə əlaqədar marşrut xətlərində edilən müvəqqəti dəyişiklik ləvğ edilib.

Xəbər xətti