Bu gün Şəkidə bədbəxt hadisə baş verib. ARB Şəki xəbər verir ki, Suçma kənd sakini 54 yaşlı Ələsgər Mənəfov həyatyanı sahəsində motorlu kəsici-hamarlayıcı alətlə - yəni laqunda ilə işləyərkən alətin daşı bir anda yerindən çıxıb və onu yaralayıb. Daş Ələsgər Mənəfovun çənəsinə dəyib və kəsib. Yaralı dərhal Şəki MRX-na çatdırılıb. Burada ona ilkin tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə hazırda xəstənin vəziyyəti orta ağırdır. Xəstə əməliyyat üçün Bakıya göndəriləcək.