Şəkidə iki nəfəri sahibsiz it dişləyib. Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, aprelin 18-i axşam saatlarında Şəki şəhər sakinləri - 82 yaşlı Pirməmməd Məhərrəm oğlu Mustafayev sağ baldır, 26 yaşlı Elnur Mafəl oğlu Hüseynov sol baldır nahiyəsindən it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olublar. Müayinə zamanı məlum olub ki, onları küçədə sahibsiz it dişləyib. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.