Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.Keçiriləcək 2 oyunla yarımfinalçıların tam siyahısı məlum olacaq.
Əsas diqqətlər “Nou Kamp”a yönələcək. “Barselona” öz meydanında “Yuventus”dan ilk görüşdə alınan 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Kataloniya klubunun PSJ ilə matçda olduğu kimi sensasiyaya gücünün çatıb-çatmayacağı böyük maraq doğurur.
“Monako” isə “Borussiya” ilə matçda sərfəli nəticəni qorumağa çalışacaq. İlk görüşdə 3:2 hesabı ilə qalib gələn “Knyazlıq klubu”nu yarımfinala yüksəlmək üçün cavab görüşündə 0:1, 1:2 hesablı yenilgi də qane edəcək. Qol.az
Çempionlar Liqası
1/4 final, cavab oyunları
19 aprel
22:45. “Barselona” (İspaniya) - “Yuventus” (İtaliya)
İlk oyun - 0:3
22:45. “Monako” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya)
İlk oyun - 3:2
18 aprel
“Real” (İspaniya) - “Bavariya” (Almaniya) 4:2
Qollar: Levandovski, 53-pen (0:1), Ronaldo, 76 (1:1), Ramos, 78-avtoqol (1:2), Ronaldo, 105 (2:2); 109 (3:2), Asensio, 112 (4:2)
İlk oyun - 2:1
“Lester” (İngiltərə) - “Atletiko” (İspaniya) 1:1
Qollar: Nigez, 26 (0:1), Vardi, 61 (1:1)
İlk oyun - 0:1