Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rafael Yolçuyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyev keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 21-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi bu ilin yanvarında Şamaxıda baş verib. Rayon sakini, 1977-ci il təvəllüdlü Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb. Ona Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.