Gəncədə yaşayış binasının eyvanı uçub. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov prospekti 35 ünvanında qeydə alınıb. Binanın 2-ci mərtəbəsində 26 saylı mənzildə yaşayan 1990-cı il təvəllüdlü Reyhan Ağayeva paltar sərərkən eyvan uçub. Yerə düşən qadın müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.