“AtaBank” və “Caspian Development (CDB) Bank” ASC-lərin səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən CDB Bankın yenidən təşkil şəklində ləğv edilərək “AtaBank”a qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib. Bu barədə Trend-ə “AtaBank”ın mətbuat xidmətindən məlumat verilib.
Həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair “PWC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.
Həmçinin, “AtaBank” və CDB Bank tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.