2017-ci ilin yanvar-mart aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 7,2 mlrd. manat olmaqla əvvəlki ilin analoji dövrünə nisbətən 7,9% azalıb.Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 9,5 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 4,8 mlrd. kubmetr təşkil edib. Neft hasilatı 9,9% azalıb, qaz hasilatı isə 0,9% artıb.