Bakıda 3 uşaq atası özünü 6-cı mərtəbədən ataraq intihar edib

08:32 - 18 Aprel 2017 - HADİSƏ

Bakıda intihar hadisəsi qeydə alınıb. Ucnoqta.az xəbər verir ki, Xətai rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Zığ yolu, ev 40, mənzil 83-də qeydə alınıb. Həmin ünvanda yaşayan 3 uşaq atası, 1977-ci il təvəllüdlü Emil Qismət Oğlu Hacıyev özünü 6-cı mərtəbədən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti