Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulacaq

09:34 - 16 Aprel 2017 - İDMAN

Bu gün Topaz Premyer Liqada 26-cı tura yekun vurulacaq. İkinci oyun günündə daha 2 görüş keçiriləcək. Günün ilk matçı Gəncədə keçiriləcək. "Kəpəz" "Qəbələ"ni sınağa çəkəcək.
Şahin Diniyevin komandası son turlar öz meydanında xal itirmir. Bu səbəbdən də qarşılaşmanın maraqlı alınacağı gözlənilir.
"Qəbələ"ni isə çətin səfərdə yalnız qələbə qane edir. Çempionluq şansını davam etdirmək üçün qonaqların 3 xal qazanmaqdan başqa yolu yoxdur.
Turun son matçında "İnter" "Qarabağ"la üz-üzə gələcək. Ağdam klubu cari mövsüm "bankirlər"ə qarşı keçidiyi 3 oyundan 2-də uduzub.
"İnter Arena"dakı görüşdə Qurban Qurbanovun komandası ardıcıl dördüncü çemponluğunu rəsmiləşdirə bilər. Bunun üçün Qurban Qurbanovun komandası qələbə qazanmaqla yanaşı, həm də "Qəbələ"nin məğblubiyyətinə ümid etməlidir. qol.az


Topaz Premyer Liqası

26-cı tur

16 aprel (bazar)

16:00. “Kəpəz” - “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Nahid Əliyev, Vaqif Musayev, Rauf Cabbarov
Gəncə şəhər stadionu

18:30.“İnter” - “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
"İnter Arena"

 

 

Xəbər xətti