Zakir Həsənovun İrana rəsmi səfəri başlayıb

16:35 - 15 Aprel 2017 - Xəbər

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə İrana rəsmi səfəri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.

Xəbər xətti