IV İslam Həmrəyliyi Oyunlarının su festivalı Ağcabədidə

14:02 - 15 Aprel 2017 - Xəbər

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin davamı olaraq Ağcabədidə su festivalı keçirilib. Ucnoqta.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, rayondakı Ağgöl Milli Parkında göldən səhəngə su doldurulub. Su səhəngi axşam keçiriləcək Su festivalında təqdim ediləcək.
Mirzə Fətəli Axundov adına 3 saylı məktəbdə davam etdirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub. Tədbir axşam Heydər Əliyev meydanında təşkil olunan Su Festivalı konsert proqramı ilə yekunlaşacaq. 


Xəbər xətti