Yardımlı rayonunda vətəndaşdan külli miqdarda narkotik maddə aşkar edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonu ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Yavər Azadovdan 14 kiloqram 470 qram tiryək götürülüb.