Bakıda 2 avtobusun hərəkət istiqamətində dəyişiklik edilib

10:48 - 15 Aprel 2017 - Xəbər

USD 1.7026 EUR 1.8075 Русский English Français عربي Հայերեն İqtisadiyyat xəbərləri Bakıda iki marşrut xəttinin istiqaməti dəyişdirilib 09:27 15-04-2017 Bakıda iki marşrut xəttinin istiqaməti dəyişdirilib Bu gündən paytaxtın Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanınadək olan hissəsində aparılacaq təmir işləri əlaqədar həmin yoldan keçən 6 və 65 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. Ucnoqta.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, dəyişikliyə əsasən təmir işləri bitənədək 6 nömrəli marşrut üzrə avtobuslar Bayıl istiqamətinə gedərkən Şeyx Şamil, İstiqlaliyyət, Əziz Əliyev küçələri, Neftçilər prospekti, “Azneft” dairəsi ilə yolunu gedəcək. Bayıl-Azadlıq prospekti metro stansiyası istiqamətinə hərəkət edərkən isə “Azneft meydanı”, Niyazi, İstiqlaliyyət, Bünyat Sərdarov, Həsən Seyidzadə, N.Nərimanov, M.Müşviq küçələri əvəzinə “Azneft meydanı”, Neftçilər prospekti, Rəşid Behbudov, Fizuli, Şıxəli Qurbanov, Zivər bəy Əhmədbəyov, Qurban Xəlilov, Bakıxanov küçələri, İnşaatçılar prospekti, Landau, M.Müşviq küçələrindən keçən xətt üzrə hərəkət etməsi nəzərdə tutulur. 65 nömrəli marşrut xətti üzrə isə avtobuslar Şeyx Şamil küçəsindən sol istiqamətdə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinə hərəkət edəcəklər.

Xəbər xətti