Lənkəranda 67 yaşlı qadın özünü asıb
09:28 - 15 Aprel 2017 - HADİSƏ
Lənkəranda intihar hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə rayonun Osakücə kəndində baş verib.
Onkoloji xəstə olduğu deyilən 67 yaşlı Fətullayeva Əsmayə Əhməd qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.
Ailə üzvləri hadisədən xəbər tutsalar da, onu xilas edə bilməyiblər.
Faktla bağlı prokurorluq araşdırma aparır.