Yardımlıda qadının qətlə yetirilməsinin TƏFƏRRÜATLARI

17:02 - 14 Aprel 2017 - Xəbər

Yardımlıda baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatları məlum olub. Ucnoqta.az xəbər verir ki, Yardımlı rayon Polis Şöbəsindən Apa-ya verilən məlumata görə, qətlə yetirilən Telavar kənd sakini, 23 yaşlı Natəvan Babayeva qətli törədən 37 yaşlı Niyazi Təhməzovla bir müddət əvvəl tanış olub.
 3 uşaq atası olan N. Təhməzovla N. Babayeva 10 gün əvvəl kənd ərazisində görüşüblər və bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zəminində N.Təhməzov 23 yaşlı qadını boğaraq öldürüb. Daha sonra isə meyiti samanlıqda gizlədib. Öldürülən qadının N.Təhməzovla münasibətinin olduğu üzə çıxan kimi o, saxlanılıb. N.Təhməzov törətdiyi əməli etiraf edib və meyiti gizlətdiyi yeri göstərib.

 Qeyd edək ki, N.Babayeva itkin kimi polis tərəfindən axtarılıb.
 Faktla bağlı Yardımlı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti