Qaxda keçmiş polis işçisi qonşusunu güllələyib

16:00 - 14 Aprel 2017 - Xəbər

Qax rayonunda qətl hadisəsi olub. Ucnoqta.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, bu gün rayon sakini, 1959-cu il təvəllüdlü Aydın Musa oğlu Musayev qonşusu Nəbi (soyadı dəqiqləşməyib) adlı şəxs tərəfindən güllələnərək öldürülüb.
Qeyd edək ki, hadisəni törədən şəxs keçmiş polis işçisidir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Xəbər xətti