Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyicinin yenisi ilə əvəz edilməsi ilə əlaqədar aprelin 14-də saat 10:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq. Görulən işlər zamanı Nizami rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
"Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aparılan işlərin Bakının Sabunçu rayonunun, eləcə də Abşeron rayonunun Xırdalan şəhəri daxil olmaqla, Qobu, Güzdək, Hökməli qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
"Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.