Xəzər dənizindən çəkisi təqribən 1 tona yaxın olan balıq ovlanıb. Baku.ws xəbər verir ki, balıq Xəzər dənizinin İran sahillərində balıqçılar tərəfindən tutulub. Onun çəkisinin 850 kq olduğu bildirilir. Bu barədə sosial şəbəkələrdə bildirilib. Balığın Ağ balıq olduğu məlum olub. Bundan başqa bu balıq Xəzərdə ən böyük balıq hesab edilir. Qeyd edək ki, Ağ balıq yırtıcıdır. Uzunluğu 5 m-ə, kütləsi 1500 kq-a qədər çatır. 60-100 il yaşayır. Nərəkimilərə aid olan Ağ balıq hazırda yaşayan balıqların ən qədimidir. Keçmişdə bəzi fərdləri 120 ilə qədər yaşayırdılar.