Dollar 2 manatı keçəcək – Ekspertdən qorxunc AÇIQLAMA

13:09 - 14 Aprel 2017 - İQTİSADİYYAT

Dolların nümayiş etdirdiyi məzənnə ilə bağlı müxtəlif proqnozlar səsləndirilməkdədir. Əksər ekspertlər belə hesab edir ki, ABŞ pulunun növbəti dəfə bahalaşması gözlənilir. İqtisadçı-ekspert Əkrəm Həsənovun sözlərinə görə kurs məsələsi ilə bağlı qısamüddətli proqnoz vermək çətindir. O, cebhe.info-ya açıqlamasında deyib ki, Mərkəzi Bank Neft Fondu ilə birləşib istədiyi kursu müəyyən edə bilər: “Yanvarın 31-də dolların kursu 1.92-yə çatanda, hələ o zaman yazmışdım ki, ola bilsin ki, yaxın ərəfədə dolların məzənnəsi aşağı düşsün. Yəni, bunun bir oyun olduğunu elə o vaxtdan demişəm. Bu oyun hələ davam edir. Əslində manat bahalaşmayıb, dollar ucuzlaşmayıb. Sadəcə, Mərkəzi Bank manat kütləsini sıxıb. Manat azaldığı üçün hamı əlində olan dolları satmağa gətirir və dollar ucuzlaşır. Təbii ki, bu çox davam edə bilməz.Bu gün iqtisadiyyatımızda ödəniş sistemi iflic vəziyyətdədir. Ona görə ki, pul çatmır.Bu çox davam edə bilməz. Maksimum payız ayına qədər ola bilər”. Ekspert hesab edir ki, iyun ayından dollar yenidən bahalaşmağa başlayacaq: “Böyük ehtimalla da payızda 1 dollar 2 manatı vurub keçəcək. Bu da onun sayəsində olacaq ki, Mərkəzi Bank pul kütləsini çoxaldacaq.Yəni, Mərkəzi Bank banklara kreditlər verməyə başlayacaq.Sadəcə, böyük ehtimalla yaxın aylarda bir neçə bankın bağlanmasını görəcəyik”. (a24.az)

Xəbər xətti