Bir neçə yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

11:34 - 14 Aprel 2017 - Xəbər

  “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
 ASC-dən Ucnoqta.az-a verilən məlumata görə, anoloji işlər bu gün axşam saatlarınadək Nizami rayonu, Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsinə düşən avtomobil körpüsünün üzərində aparılacaq.    Axşam saat 22:00-dan başlayaraq səhər saatlarınadək isə rənglənmə işləri Nərimanov və Xətai rayonları, "Ramstore" yol qovşağında (10-cu zavod dairəsi) aparılacaq. 
  Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma işlərin aparıldığı zolaqlar üzrə tətbiq ediləcək. Digər zolaqlar üzrə isə hərəkət açıq olaraq qalacaq.

Xəbər xətti