Bakıda baş verən yol qəzasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşı xəsarət alıb. “Report”un xəbərinə görə, hadisə Səbail rayonu, Salyan yolu küçəsi 12 ünvanının qarşısında qeydə alınıb. Belə ki, Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Kamran Əliyevin idarə etdiyi “Daewoo” markalı avtobusla piyada keçidində dayanmış 38 yaşlı Sadıq İsrafilovun idarə etdiyi “Subaru” markalı avtomobilin arxa hissəsindən vurub. Qəza nəticəsində S.İsrafilovun sərnişini BƏƏ vətəndaşı 1994-cü il təvəllüdlü Al Sehhi Ahmad Raşid Hamdan kəllə-beyin travması alıb. O, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.