Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Bavariya”nın qonağı olacaq “Real” ciddi itki ilə üzləşib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, "kral klubu"nun aparıcı futbolçusu Kərim Benzema matçı buraxmaq ehtimalı ilə üz-üzədir. Belə ki, fransalı futbolçu komandasının oyunöncəsi son məşqində iştirak etməyib. Onun qarşılaşmada iştirak edib-etməyəcəyi hələlik dəqiqləşməyib.
Qeyd edək ki, "Bavariya" - "Real" oyunu bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.