Millimizin və “Aue”nin üzvü Dmitri Nazarov Almaniya klubunda yeni rekorda yaxınlaşıb. Cari mövsüm 2-ci Bundesliqada 7 qol vuran 27 yaşlı yarımmüdafiəçi 6 dəfə penaltidən fərqlənib.
Nazarov bu göstərici ilə "Aue"nin əfsanəvi futbolçusu Erler Holqerin rekorduna yaxınlaşıb. Holqer 1980/81-ci il mövsümündə 7 dəqiq penalti ilə klubun tarixinə düşüb.
Bu barədə danışan veteran futbolçu Nazarov haqda xoş sözlər deyib: "Mən Nazarovla fəxr edirəm. O, hər şeyi əla edir. Dmitri penalti vuran zaman qapıçılar çıxılmaz vəziyyətdə qalır".
Qeyd edək ki, son zamanlar əla formada olan Nazarov “Münhen 1860”la qarşılaşmada dubl edib. O, hər iki qolu penaltidən vurub.qol.az