Milli Şura “Yerli” Proqramı çərçivəsində üzv təşkilatlara əməkdaşlıq müraciəti elan edir

13:40 - 12 Aprel 2017 - Xəbər

Gənclər Təşkilatları Milli Şurası "Yerli" Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində üzvü olan gənclər təşkilatları üçün layihə müraciətini açıq elan edir.
Müraciətlər www.yerli.nayora.az portalı vasitəsi ilə qəbul olunur daha sonra, proqramın işçi qrupu tərəfindən dəyərləndirildikdən sonra müraciət edən gənclər təşkilatlarının nümayəndələri ilə əməkdaşlıq müqaviləsi bağlanılır. 
Gənclər təşkilatlarının kənd gənclərinin ictimai həyatda təşəbbüskarlığına və iştirakına şərait yaratmaq, onların kənd gəncləri ilə əlaqəsini qurmaq məqsədilə dövlət strukturları tərəfindən maliyyələşdirilməsi təsdiqlənmiş layihə, proqram və sosial şifarişlərinin kəndlərdə davam etdirilməsi birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək və Milli Şura tərəfindən lazımı inzibati və texniki dəstək göstəriləcəkdir. Əməkdaşlıq fəaliyyəti 4 mərhələdən ibarət olmaqla müraciətlərin qəbul olunması, birgə əməkdaşlıq fəaliyyətinin dəyərləndirilməsi, əməkdaşlığın həyata keçirilməsi və layihənin hesabatın verilməsidir. Əməkdaşlıq çərçivəsində Milli Şura tərəfindən kənd gəncləri ilə əlaqələrin daha rahat qurulmasına dəstək edilməsi, Poliqrafiya materiallarının hazırlanması, Foto və video çəkilişin təşkil olunması, Fəaliyyətin təşkili xərclərinin qarşılanması və PR dəstəyi təmin olunur. 

"Yerli" Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində üzv təşkilatlar üçün təşkil olunan əməkdaşlıq layihəsi haqqında ətraflı məlumat almaq üçün www.yerli.nayora.az portalına daxil olmağınız xahiş olunur. 

“Yerli” Kənd Gənclərinin İnkişafı Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2015-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan: 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı start verib. Proqram çərçivəsində bu günə qədər həyata keçirilən maarifləndirmə tədbirləri 66 kənd və qəsəbələrdən 1500-dən çox gəncin iştirakı ilə baş tutub.


Xəbər xətti