Aprelin 11-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Mərkəzi Bankdan verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7029 səviyyəsində formalaşıb.
Qeyd edək ki, aprelin 11-nə USD/AZN rəsmi məzənnəsi 1,7031 səviyyəsində müəyyən olunub.