Azərbaycandan Rusiyaya 120 yük maşını yola düşüb

15:01 - 11 Aprel 2017 - İQTİSADİYYAT

Dağıstanda sürücülərin etiraz aksiyası nəticəsində yaranan nəqliyyat blokadası həll olunur. Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, aprelin 10-da Rusiya nəqliyyat nəzarətinin Dağıstan Respublikası üzrə məlumatına görə, Azərbaycandan Stavropol vilayətinə 120 yük maşını yola düşüb, onların arasında Dağıstana məxsus yükdaşıyıcıları da var. Bakı istiqamətində isə 25 yük maşını yola düşüb. Qarabudaxkent rayonunun Manas kəndi yaxınlığında 80-ə yaxın yük maşını qalıb. “RİA Daqestan” nəşri qeyd edir ki, Rusiya nəqliyyat nəzarətində Dağıstan Respublikası üzrə yükdaşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib. Bu görüşdə tərəflər respublikada sabitliyin pozulmasının qarşısını almaq üçün “Platon” sisteminə qarşı aksiyaları dayandırmağa dair razılıq əldə ediblər. 

Xəbər xətti